Lari yenidən ucuzlaşıb

  • 08 Avq - 2019

Gürcüstan milli valyutası lari dollar qarşısında yenidən ucuzlaşıb.

Gürcüstan Milli Bankının bu gün saat 17:00-da avqustun 9-u üçün müəyyən etdiyi rəsmi məzənnəyə əsasən, 1 dollar 2.9488 lariyə bərabər olub. Bu gün isə 1 dolların rəsmi məzənnəsi 2.9338 lari təşkil edib. 

Lari avro qarşısında da ucuzlaşıb. Gürcüstan Milli Bankı 1 avronun rəsmi məzənnəsini sabah üçün 3.3038  lari olaraq müəyyən edib. Bu gün isə 1 avro  3.2806   lari təşkil edib.

Ekspertlər larinin ucuzlaşmasını turizmdə mövcud olan vəziyyət, eləcə də real sektorun problemləri ilə əlaqələndirirlər. 

APA


Oxunma sayı: 408

Oxşar yazılar