Piyadanı vurmamaq üçün yolun əks-hərəkət istiqamətinə çıxdı - Video

  • 16:52 - 08 Avqust

Bakıda avtomobillərin intensiv hərəkət etdiyi yolu piyada keçən ahıl kişi qəzaya səbəb olub.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Sosial şəbəkələrdə paylaşılan videodan görünür ki, yolun bir tərəfindən digər tərəfinə keçməyə çalışan piyada şəhər istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına çıxıb. 

Bu zaman sürücü piyadanı vurmamaq üçün manevr edib və nəticədə bordürə çırpılaraq yolun digər hərəkət zolağına keçib. 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Report


o0TLXQu_idE

Oxunma sayı: 4170

Oxşar yazılar