Dövlət Neft Fondu 18 illik gəlirini açıqladı: 143,366 milyard dollar

  • 12:50 - 08 Avqust

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2001-ci ildən bu il avqustun 1-nə qədər “Azəri-Çıraq-Günəşli” (AÇQ) neft yataqları blokunun işlənməsindən 143,366 milyard ABŞ dolları məbləğində gəlir əldə edib. 

Fondan verilən məlumata görə, bunun 5,16 milyard dolları bu il əldə olunub. 

Bundan başqa, ARDNF-ə 2017-ci ildən etibarən “Şahdəniz” yatağı üzrə qazın satışından isə 2,703 milyard dollar vəsait daxil olub. Bunun isə 209 milyon dolları bu ilin payına düşüb. 

Beləliklə, Fond indiyə qədər neft-qaz layihələrindən 146,069 milyard dolar gəlir əldə edib.


Oxunma sayı: 6568

Oxşar yazılar