Bakı-Sumqayıt yolunda üç avtobus toqquşub, tıxac yaranıb

  • 10:56 - 08 Avqust

Turizm şirkətinə məxsus avtobusla sərnişin daşıyan 525 saylı avtobusun toqquşması nəticəsində Bakı-Sumqayıt magistralında sıxlıq müşahidə edilir.  

Bu barədə  Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildirilib. Qeyd olunub ki, hazırda DANX-ın və DYP-nin əməkdaşları hadisə yerindədirlər.  

İlkin məlumata görə, turizm şirkətinə məxsus avtobusun sürücüsü yağışlı havada sıxlıqdan çıxmağa cəhd edərək idarəetməni itirib və 525 saylı sərnişin avtobusunu çaşdırıb. Nəticədə 525 saylı avtobus tur şirkətə məxsus avtobusa çırpılıb. 

Hadisə nəticəsində ölən olmayıb. Hazırda hadisə ilə bağlı yollarda sıxlıq müşahidə edilir. Avtobuslar yoldan çıxarılan kimi nəqliyyatın hərəkəti bərpa olunacaq. 

Avtoqəza nəticəsində Respublika Klinik Xəstəxanasına 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə müraciət edib. 

Səhiyyə Nazirliyinin məlumatına görə,xəsarət alanlara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

APA


Oxunma sayı: 9186

Oxşar yazılar