Türkiyə və ABŞ arasında təhlükəsiz bölgə ilə bağlı razılıq əldə olunub - YENİLƏNİB

  • 07 Avq - 2019

Türkiyə Milli Müdafiə Nazirliyinin məsul şəxsləri ilə ABŞ-ın hərbi nümayəndə heyəti arasında görüş başa çatıb.

Bu məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təhlükəsizlik bölgəsinin sülh dəhlizi olması barədə razılıq əldə edilib: “Türkiyəni təhlükəsizliklə bağlı narahat edəcək tədbilərin qarşısının alınacağı vurğulanıb”.

Türkiyə ilə ABŞ-ın birgə fəaliyyətini əlaqələndirmək və idarə etmək üçün ən qısa müddətdə Ortaq Hərəkət Mərkəzinin yaradılması barədə razılıq əldə edilib.

*** 15:17

"Türkiyə və ABŞ nümayəndələri arasında Suriyanın şimalında təhlükəsizlik bölgə yaradılması ilə bağlı müzakirələr müsbət istiqamətdə davam edir".

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar tərəflər arasında məsələyə dair aparılan müzakirələri şərh edəkən bildirib.

“Biz cənub sərhədlərimizdə terror dəhlizinin yaranmasına icazə verməyəcəyik. Bu məsələdə mümkün olanı edəcəyik. ABŞ olmasa, bunu təkbaşına etməkdə fikrimiz qətidir. Biz toplantıda təhlükəsizliyimizlə bağlı narahatlığımızı dilə gətirdik.

Prezidentimizin (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutulur-red.) ifadə etdiyi kimi biz müttəfiqimiz ABŞ-la birlikdə fəaliyyət göstərməyi arzulayırıq”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə və ABŞ-ın hərbi heyəti Suriyadakı vəziyyətə dair müzakirə aparır.

 

report


Oxunma sayı: 1519

Oxşar yazılar