Xaş-xaş becərən Quba sakini saxlanılıb

  • 18:52 - 07 Avqust

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, 46 yaşlı Mərdan Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən Mərdan Qasımova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə keçirilən baxış zamanı oradan dekorativ gül kollarının arasında yetişdirilmiş dörd ədəd əkilib-becərilməsi qadağan olunan narkotik tərkibli xaş-xaş bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunma sayı: 6128

Oxşar yazılar