Nəvə nənəsinin pulunu oğurladı

  • 07 Avq - 2019

Avqustun 6-da Sabirabad rayonunun Məmişlər kənd sakini olan qadına məxsus 300 manat pul kartından çıxarılaraq oğurlanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Avropa.info -ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin qadının hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan nəvəsi saxlanılıb.


Oxunma sayı: 749

Oxşar yazılar