Ermənilər SOCAR-a görə oyunu yayımlamadılar

  • 14:49 - 07 Avqust

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Gürcüstanın "Saburtalo" klubu Ermənistanda "Ararat"a 2:1 hesabı ilə qalib gəlib.

Avropa.info sportal.az-a istinadən xəbər verir ki, Ermənistan kanalları oyunu canlı yayımlamayıb.

Buna səbəb "Saburtalo" klubuna Azərbaycanın SOCAR şirkətinin sponsorluq etməsidir.

SOCAR-ın loqotipini efirdə göstərməmək üçün kanalları bu addımı atıb. Bu səbəbdən "Ararat" oyunu "Youtube" kanalında canlı yayımlayıb.


Oxunma sayı: 6106

Oxşar yazılar