“Bu döyüşü uduzsam hər şeyimi itirə bilərəm” – Həbib Nurməhəmmədov

  • 14:17 - 07 Avqust

Qarışıq döyüş növləri üzrə yüngül çəkidə UFC çempionu, dağıstanlı idmançı Həbib Nurməhəmmədov amerikalı Dastin Puarye döyüşdən qabaq qorxuları barədə danışıb. 

Avropa.info xəbər verir ki, 30 yaşlı idmançı 7 sentyabrda Əbu-Dabidə keçirilən görüşdə UFC çempionu titulunu qoruyacaq.

“Döyüşdən əvvəlki psixoloji məsuliyyət əlbəttə ki, məni əzir. Ən əsası odur ki, mən nəyə getdiyimi və nə itirdiyimi özüm üçün dərk edim. Bilirəm ki, bu döyüşü uduzsam hər şeyimi itirə bilərəm. 7 sentyabrda oktaqon daxilində nə baş verəcəyini heç kəs bilmir” – o, deyib.


Oxunma sayı: 5644

Oxşar yazılar