Avropa gəncləri maliyyə xidmətləri bazarını fəth etməyə hazırdır

  • 21:10 - 06 Avqust

Avropa İttifaqı ölkələrində maliyyə xidmətləri sahəsində öz startap layihələrini istifadəyə verməyə, bu sahədə biznes fəaliyyətinə başlamağa hazır olan gənclərin sayı artmaqdadır. Yüksək əməkhaqqı və sərbəst iş saatları bu gənclərin iş seçimi zamanı ən mühüm amillərdir. 
 

Avropa İttifaqında maliyyə bazarlarının öyrənilməsi üzrə ixtisaslaşan “Provident Penz” sosioloji xidmətin apardığı tədqiqatın nəticələri bunu təsdiq edir. 

Onlayn sorğu 7 ölkədə: Litva, Çexiya, Macarıstan, Danimarka, Polşa, Rumıniya və İspaniyada keçirilib. 

18-25 yaşlarında 500 respondentin iştirak etdiyi sorğu nəticəsində məlum olub ki, gənclərin 70 faizi sahibkarlığı öz gələcək fəaliyyət sahəsi hesab edir, sorğu iştirakçılarının təqribən beşdəbir hissəsinin fikrincə, onların nəslinin bu yolu seçməsi ehtimalı əvvəlki nəsillə müqayisədə daha yüksəkdir. Eyni zamanda, respondentlərin 61 faizi bildirib ki, onların indiki maliyyə vəziyyəti buna imkan vermir. 

Respondentlərin 50 faizi hesab edir ki, şəxsi və ya korporativ maliyyə vəsaitlərinin idarə edilməsi üçün ixtisas təhsili alsalar, pis olmazdı. 

Məlumat üçün bildirək ki, bu rəqəmlər 2013-cü ildə aparılmış analoji sorğunun nəticələrindən yüksəkdir.


Oxunma sayı: 12156

Oxşar yazılar