Orduda fındıq sammiti: Azərbaycan, Türkiyə və Gürcüstan nazirləri qiymətdə anlaşır? - Ərdoğan açıqlamışdı..

  • 18:22 - 06 Avqust

Bu gün Türkiyənin Ordu şəhərində dünya bazarlarında fındığın topdansatış qiymətlərini razılaşdırmaq üçün üç ölkənin-Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə danışıqlar keçirilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, nazirlər fındıq satış qiymətlərinə dair üçtərəfli bəyannamə imzalayıblar. 

Toplantıdan əvvəl Ordu vilayətində baş tutan məhsul bayramında iştirak edən B. Pakdəmirli fındığın satışının daha yaxşı təşkili və beynəlxalq bazarlara çıxarılması üçün çalışdıqlarını dilə gətirib. O, prezident Rəcəb Tayyib Ərdoğanın da dəstəyilə fındıq qiymətlərini açıqladıqlarını və məhsul toplanışının əsl bayrama çevrildiyini söyləyib: "Fındığın satışının daha yaxşı təşkili və beynəlxalq bazarlara çıxarılması üçün çoxdan çalışırıq. İstehsalçı ölkələrlə bir araya gələrək fındığın satışı, keyfiyyəti və istehsalını  birlikdə planlaşdıracağıq. Azərbaycan və Gürcüstan ən çox fındıq istehsal edən ölkələrdir. Artıq işə başlamışıq, bu səylərimizin nəticəsi olaraq əməkdaşlıq sazişi imzalayacağıq”.

Nazir həmçinim qeyd edib ki, fındığın qiymətinin müəyyənləşməsində dövlət başçısı R. T. Ərdoğanın da böyük dəstəyi olub. Girəsunda istehsal olunan fındıq üçün bu məbləğ hər kiloqrama 17 lirə, digər yüksək kleyfiyyətli qabıqlı fındıq üçün isə hər kiloqrama 16,5 lirə müəyyənləşib.  

 

 

Qeyd edək ki, ötən ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycanın fındıq istehsalçıları ilə anlaşmadan bəhs etmişdi. O, bildirmişdi ki, Türkiyə, Azərbaycan və Gürcüstan hazırda dünyanın fındıq istehsalının 80 faizini təmin edir. Bu üç ölkə arasında fındıqla bağlı əməkdaşlıq müzakirələri başladılıb. Bununla da, qarşıdakı müddətdə dünya bazarında fındığın dəyərinin ədalətli səviyyədə olmasını təmin etmək mümkün olacaq.

Son illərə qədər Türkiyədə dünya fındıq bazarının 70 faizə yaxınına nəzarət edirdi və nəticədə qiymətləri də diqtə edən tərəf idi. Lakin Azərbaycan və Gürcüstan da son illər fındıq istehsalını genişləndiriblər, nəticədə Türkiyənin bazar payı 50 faizdən aşağı düşüb. İndi bu səbəbdən Türkiyə Azərbaycanla və Gürcüstanla satış qiymətləri məsələsində anlaşaraq fındıq istehsalçılarının bazardakı mümkün aşağı qiymətlərdən zərər görməməsinə çalışır.


Oxunma sayı: 7723

Oxşar yazılar