Yığılmayan zibilə görə Fransada meri maşınla əzib öldürdülər

  • 06 Avq - 2019

Fransada yığılmamış zibil üzündən tikinti işçiləri Sin kommunasının meri Jan-Matye Mişeli avtomobillə əzərək öldürüblər.

Avropa.info xəbər verir ki, hadisə 76 yaşlı mer fəhlələri tikinti ətrafına atılmış zibili təmizləməyi xahiş edəndən sonra baş verib. Fəhlələr xahişi yerinə yetiriblər, lakin bundan sonra furqonlu avtomobilə oturaraq maşını bələdiyyə sədrinin üstünə sürüblər. 

Polis faciənin səbəbkarlarını saxlaya bilib. Hazırda ölüm faktının təsadüfən, yoxsa qəsdən törədilməsi ilə bağlı istintaq gedir.


Oxunma sayı: 771

Oxşar yazılar