Azərbaycan Premyer Liqasının yeni sponsoru kim olacaq? - Tender elan edildi

  • 17:20 - 06 Avqust

Peşəkar Futbol Liqası (PFL) 2019/2020-ci illər futbol mövsümü üçün Azərbaycan Premyer Liqasının titul sponsorluğu ilə əlaqədar tender elan edib. 

Avropa.info qurumun saytına istinadən xəbər verir ki, tenderdə iştirak etmək istəyən şirkətlər Premyer Liqanın təbliğinin təşkil olunmasında PFL ilə birgə çalışmalıdır. Tenderin qalibi şirkətinin tanıtımı, təbliği üçün Premyer Liqanın bütün reklamlarından istifadə səlahiyyətinə malik olacaq. Tenderin ümumi maliyyə dəyəri müraciət edən şirkətlərlə qarşılıqlı razılıq əsasında müəyyənləşəcək.

Tenderdə iştirak üçün son müraciət tarixi 6 sentyabr 2019-cu ildir. Premyer Liqanın titul sponsorluğunun təklif paketi maraqlanan şirkətə elektron poçt vasitəsi ilə göndəriləcək.

Qeyd edək ki, 2009-2012-ci illərdə "Unibank", 2012-2019-cu illərdə isə "Topaz" Premyer Liqanın titul sponsoru olub.


Oxunma sayı: 10814

Oxşar yazılar