Güclü küləyin Bakıda törətdiyi fəsadlar – Video

  • 06 Avq - 2019

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xətti”nə Bakı şəhərində güclü küləyin yaratdığı fəsadlar və dağıntılarla bağlı müxtəlif xarakterli müraciətlər daxil olub.

Avropa.info xəbər verir ki, həmin müraciətlərə əsasən, 5 avqust 2019-cu il tarixində nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər. Belə ki, qeyd edilən tarixdə Bakı şəhər Nərimanov, Nəsimi və Yasamal rayonlarında ağacların aşması nəticəsində sakinlərin piyada və avtonəqliyyat vasitələri ilə sərbəst hərəkəti məhdudlaşıb. 


Oxunma sayı: 1057

Oxşar yazılar