Qubada 18 yaşlı oğlan atasının evindən 47 min dollar oğurlayıb

  • 05 Avq - 2019

Qubada oğurluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayonu Vladimirovka kənd sakini Kərim Əlişanov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 47 min ABŞ dollarının naməlum şəraitdə oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin oğlu, 18 yaşlı Röyal Əlişanov tərəfindən oğurlandığı məlum olub. 

İlkin dindirilmə zamanı R.Əlişanov tutduğu əməli etiraf edərək, müxtəlif vaxtlarda atasına məxsus pulları hissə-hissə oğurladığını bildirib. 

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
 

1 / 3


 


Oxunma sayı: 606

Oxşar yazılar