Saatlıda mühafizəçilər çalışdığı şirkətdən 170 min manatlıq oğurluq ediblər

  • 05 Avq - 2019

Saatlı rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, iyulun 29-da MMC-lərdən birindən ümumi dəyəri 164 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət daxil olub. 

Saatlı RPŞ-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıb. Dindirilmə zamanı onlar törətdiyi cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Oxunma sayı: 804

Oxşar yazılar