ABŞ və Çin arasında ticarət müharibəsi davam edir – Pekin Trampa yuanla cavab verdi

  • 15:17 - 05 Avqust

Çin hökuməti ABŞ-la aralarında cərəyan edən ticarət müharibəsi fonunda ölkə şirkətlərinə Amerikadan kənd təsərrüfatı məhsullarının idxalını dayandırmaq göstərişi verib.

Avropa.info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Çin şirkətlərin məhsulların alınmasını dayandıraraq, ticarət danışıqlarının irəliləyişini gözləyirlər. Beləliklə, Pekin Vaşinqtonla mübahisədə sərt mövqedən çıxış etməyə hazır olduğunu nümayiş etdirib.

Bundan əlavə Çin yuanının ABŞ dolları ilə müqayisədə son 11 ildə minimum həddədək enib. Bugünkü sövdələşmələrdə yuanın dəyəri 1,3% azalaraq 1 dollar üçün 7,0292 yuan olub. Yuan 2008-ci ildən bu yana psixoloji hədd olan 7 yuan həddini keçib. Çin valyutasının ucuzlaşması Çin Xalq Bankının 1 dollar üçün 6,9225 yuan qiymət müəyyən etməsindən sonra baş verib.

Çin bu addımları ABŞ prezidenti Donald Trampın Çin məhsullarına yeni gömrük tariflərini bəyan etməsindən sonra baş verib. Trampın fikrinə görə, Çin öz ixracatçılarına kömək etmək üçün valyuta kursunu ədalətsiz şəkildə idarə edir. Bundan əlavə Tramp Çinin ABŞ-ın kənd təsərrüfatı məhsullarını satın alması ilə bağlı verdiyi sözə əməl etmədiyini deyir.


Oxunma sayı: 7602

Oxşar yazılar