"Qarabağ"a arzuolunmaz rəqib düşdü - "Ayaks"...

  • 14:42 - 05 Avqust

Bu gün Çempionlar Liqasında  pley-off mərhələsinin püşkü atılıb. 

Qol.az xəbər verir ki, UEFA-nın Nyondakı qərargahında keçirilən tədbirdə 3-cü mərhələdə mübarizə aparacaq APOEL - “Qarabağ” cütünün qalibinin potensial rəqibləri də müəyyənləşib. 

Səpələnməmişlər səbətində yer alan cütlüyün qalibi  PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq. "Qarabağ" APOEL-i keçsə, pley-offdakı ilk oyununu Bakıda keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 20-21-də və 27-28-də olacaq.

Çempionlar Liqası

Pley-off mərhələsi

APOEL (Kipr) – “Qarabağ” (Azərbaycan) /PAOK (Yunanıstan) - "Ayaks" (Hollandiya)


Oxunma sayı: 14279

Oxşar yazılar