Azərbaycanın bu ərazilərində qaz kəsildi

  • 12:09 - 05 Avqust

Bu gün saat 08.00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin "Qazıməmməd-Qazax" magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

Bu barədə Avropa.info-ya "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda, həmçinin qeyd edilib ki, bu gün saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı məhdudlaşdırılıb.


Oxunma sayı: 5809

Oxşar yazılar