ABŞ-ın Texas ştatında ticarət mərkəzinə silahlı hücum - çox sayda ölü və yaralı var

  • 09:45 - 04 Avqust

ABŞ-ın Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 20 nəfər ölüb.

Bunu Texas ştatının qubernatoru Qreq Abbott bildirib.

Şəhər polisinin rəhbəri Qreq Allen isə açıqlamasında 26 nəfərin yaralandığını deyib.

***

ABŞ-ın Texas ştatında “Walmart” ticarət mərkəzində baş verən silahlı insident zamanı 19 nəfər ölüb, 40 nəfər yaralanıb.

Bu barədə məlumatı NBC News yayıb. Bir müddət öncə isə 18 nəfərin öldüyü, 20 nəfərin isə xəsarət aldığı bildirilirdi.

Artıq hadisəni törədən cinayətkarın kimliyi də açıqlanıb. O, 21 yaşlı Dallas sakinidir. Həmin şəxs ticarət mərkəzinə daxil olaraq ətrafdakı şəxslərə atəş açıb.

Bundan başqa polis baş verən hadisə ilə bağlı şübhəli şəxs qismində 3 nəfəri saxlayıb. 

23:52 - 03.08. 2019 ***

ABŞ-ın Texas ştatında atışma olub. Report RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə El Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində qeydə alınıb. 

Jurnalist Kamilla Rambaldi hüquq mühafizə orqanlarına istinadən bildirib ki, baş verən atışmada 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

El Paso şəhərinin polisi ticarət mərkəzində atəş açan şəxslərdən birinin həbs edildiyini açıqlayıb. Polisin bildirdiyinə görə, silahlı şəxslər bir neçə nəfər olub.

CNN-nin verdiyi məlumata görə, baş verən silahlı insidentlə bağlı artıq üç nəfər saxlanılıb. 


Oxunma sayı: 13652

Oxşar yazılar