Dünyanın ən bahalı müdafiəçisi rekordu tezliklə yenilənəcək

  • 19:40 - 03 Avqust

İngiltərənin "Mançester Yunayted" klubu "Lester"in futbolçusu Harri Maquayrı transfer etmək üçün 85 milyon funt-sterlinq (92 milyon avro) təklif edib. 

Bu keçid baş tutsa, 26 yaşlı oyunçu ən bahalı müdafiəçi sayılacaq. Ona sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 5 illik müqavilə və hər mövsümü üçün 9 milyon funt maaş təklif olunub. 

Maquayr 2017-ci ildən İngiltərə millisində çıxış edir. O, yığmada 20 oyuna 1 qol vurub. 

Hazırda dünyanın ən bahalı müdafiəçisi hollandiyalı Vircil van Deyk sayılır. "Liverpul" onu 2018-ci ilin yanvarında "Sautgempton"dan 75 milyon funta (82 milyon avro) alıb. 

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsüm avqustun 9-da "Liverpul" - "Norviç" matçı ilə başlayacaq.

 

 

report


Oxunma sayı: 7536

Oxşar yazılar