Aİ ölkələri Beynəlxalq Valyuta Fondunun başçısı vəzifəsinə yekdilliklə Kristalina Georgiyevanı namizəd irəli sürüblər

  • 03 Avq - 2019

Avropa İttifaqı ölkələrinin nümayəndələri Bolqarıstan təmsilçisi Kristalina Georgiyevanı Beynəlxalq Valyuta Fondunun (BVF) yeni sərəncamçı direktoru vəzifəsinə vahid namizəd seçiblər.

Seçkilər Fransa Maliyyə Nazirliyinin ümumi rəhbərliyi altında elektron poçt vasitəsilə keçirilib. Namizədi Aİ ölkələrinin əksəriyyəti (ümumi sayının 55 faizi), yəni payına Avropa İttifaqı əhalisinin azı 65 faizi düşən 16 ölkə dəstəkləməli idi.

Seçkilərin final mərhələsində Georgiyeva və Niderland nümayəndəsi Yerun Deysselblum mübarizə aparıblar. Georgiyeva səsvermənin yalnız dördüncü turunda qələbə qazana bilib. Deysselblum qazandığı uğur münasibətilə Georgiyevanı səmimi təbrik edib. Səsvermə və namizədlərlə bağlı diskussiyalar avqustun 2-də 12 saatdan çox davam edib.

1953-cü il avqustun 13-də anadan olmuş Kristalina Georgiyeva bolqarıstanlı iqtisadçı və professor, dayanıqlı inkişaf üzrə ekspertdir. O, 2010-2014-cü illərdə beynəlxalq əməkdaşlıq üzrə Avropa komissarı olub, 2014-cü ilin noyabrından 2016-cı ilin dekabrına qədər Avropa Komissiyası sədrinin üçüncü müavini vəzifəsində çalışıb. 2017-ci ildən Dünya Bankının Baş icraçı direktoru vəzifəsindədir. Onun namizədliyi Fransa tərəfindən xüsusi fəallıqla dəstəklənib.

Beynəlxalq Valyuta Fondunun İcraiyyə Şurası iyulun 26-da qurumun yeni sərəncamçı direktorunun seçilməsi prosesinin başlandığını elan edib, çünki qurumun əvvəlki sərəncamçı direktoru Kristin Laqard Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə əlaqədar iyulun 2-də istefa verib. Hərçənd elə həmin gün elan edib ki, BVF-nin sərəncamçı direktoru vəzifəsinin icrasını müvəqqəti dayandırır. Qeyd edək ki, Laqard indiki vəzifəsindən sentyabrın 12-də gedəcək.

Əvvəlcə Aİ ölkələri tərəfindən BVF-nin başçısı vəzifəsinə beş namizəd olub: Avropa qrupunun sabiq prezidenti və Niderlandın keçmiş Maliyyə naziri Yerun Deysselblum, Bolqarıstan təmsilçisi Kristalina Georgiyeva, Finlandiya Mərkəzi Bankının başçısı Olli Ren, Avropa qrupunun fəaliyyətdə olan sədri Mariu Sentenu və İspaniyanın İqtisadiyyat və Biznes naziri Nadya Kalvinyo.


Oxunma sayı: 463

Oxşar yazılar