İmişlidə kartof sahələrinin hər hektarından 125 sentnerdən çox məhsul götürülüb

  • 03 Avq - 2019

İmişlili fermerlər cari ilin məhsulu üçün erkən yazda 176,8 hektar sahədə kartof əkiblər. Torpaq mülkiyyətçiləri bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub.

Rayon Statistika İdarəsindən  bildiriblər ki, bu mövsüm imişlili əkinçilər 176,8 hektar sahədə kartof becəriblər. Məhsul yığımına mütəşəkkil başlayan əkinçilər sahələrdən 2 min 215,3 ton kartof toplayaraq məhsul yığımını başa çatdırıblar. Hər hektarın məhsuldarlığı, ümumilikdə, 125,3 sentner olub ki, bu da ötən ildəkindən 26 sentner çoxdur.

Bölgələr, Kəhər, Soltanmurad, Aranlı kəndlərində fəaliyyət göstərən fermerlərin kartof sahələrinin məhsuldarlığı ümumrayon göstəricisindən 10-15 sentner çox olub.


Oxunma sayı: 430

Oxşar yazılar