Qəbələdə müəmmalı ölüm hadisəsi: Polis araşdırma apardı və görün ortaya nə çıxdı?

  • 03 Avq - 2019

Qəbələ rayonunda kliniki ölüm keçirdiyi bildirilərək dəfn edilən şəxsin yumruq zərbəsi nəticəsində öldüyü məlum olub.

Daxili İşlər Nazirliyindən (DİN) Avropa.info-ya verilən məlumata görə, cari il iyulun 31-də Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində kənd sakini Teymur Səfərçinovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Onun kliniki ölüm keçirməsi bildirilib və avqustun 1-də kənd qəbristanlığında dəfn edilib.

Araşdırmalarla həmin gün qeyd edilən kəndin ərazisində T.Səfərçinovla həmkəndlisi N.Rəhimov arasında münaqişə baş verməsi və sonuncunun onu (baş nahiyəsinə) yumruqla vurduğundan ölməsi müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Rəhimov tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Oxunma sayı: 969

Oxşar yazılar