Messinin dili başına bəla oldu – Futbolçuya ağır cəza

  • 12:39 - 03 Avqust

Amerika Kubokunun keçirildiyi ərəfədə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) və Braziliya əleyhinə açıqlamalar verən Lionel Messi sözlərinə görə cəzalandırılıb.

Avropa.info xəbər verir ki, Argentinanın yarımfinalda ev sahibi Braziliyaya 2-0 uduzmasından sonra mətbuata açıqlama verən Messi hakimlər heyətini tənqid etmiş, Çili ilə üçüncü yer uğrunda keçirdikləri görüşdə mübahisəli qərara görə, qırmızı kart alan futbolçu etiraz əlaməti olaraq mükafatlandırma mərasimində iştirak etməmişdi.

Messi “Bu turnir Braziliyanın qazanması üçün təşkil edilib” deyərək, turniri tənqid etmişdi.

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Messini ifadələri ilə bağlı iclas keçirib və qərar çıxarıb. Qərara görə, argentinalı futbolçu milli komandasının üç ay boyunca oynayacağı matçlarda iştirak edə bilməyəcək və 50 min dollar cərimə ödəyəcək.


Oxunma sayı: 14829

Oxşar yazılar