"Barselona"nın hücumçusu Rusiya klubuna keçib

  • 21:02 - 02 Avqust

Rusiyanın "Zenit" klubu İspaniya "Barselona"sının futbolçusu Malkomuheyətinə qatıb.

"Report" Sankt-Peterburq təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

Daha öncə braziliyalı oyunçunun transfer məbləğinin 40+5 milyon avro olacağı bildirilib.

Qeyd edək ki, Braziliyanın "Korintians" klubunun yetirməsi olan Malkom 2018-ci ildə Fransa "Bordo"sundan "Barselona"ya keçib. O, Kataloniya təmsilçisinin heyətində 15 oyun keçirib və 1 qol, iki məhsuldar ötürmə ilə yadda qalıb. 


Oxunma sayı: 12244

Oxşar yazılar