İstanbulda baş tutacaq UEFA Superkubokunda bir ilk

  • 02 Avq - 2019

Futbol tarixində ilk dəfə UEFA Superkubokunun matçını qadın hakim idarə edəcək.

Avropa.info xəbər verir ki, “Liverpul” və “Çelsi” futbol klubları arasında keçiriləcək görüşdə hakimlər briqadasına fransız Stefani Frappar sədrlik edəcək. Bu barədə UEFA-nın “Twitter” səhifəsində məlumat verilib.

Köməkçi hakimlər qismində Mişel O`Nil və Manuela Nikolosi çıxış edəcək. Ehtiyat hakim kimi isə türkiyəli məşhur hakim Cüneyt Çakır təyin edilib.

Oyun 14 avqustda İstanbulun “Vodafon arena” stadionunda baş tutacaq.

Oyundan sonra Frapper öz karyerasını Fransa futbol çempionatında davam etirəcək.


Oxunma sayı: 1365

Oxşar yazılar