Azərbaycan qazı Avropanın bir addımlığında

  • 01 Avq - 2019

SOCAR-dan verilən məlumata görə, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) boru kəmərinin inşasında 88,5 faiz işlər yekunlaşıb. Layihə üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 milyard kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Bu gün TANAP artıq Avropaya təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir. SOCAR Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasındakı fəaliyyəti ilə nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadir bir şirkət olduğunu sübut edib. Belə ki, ilkin investisiya dəyəri 11,7 milyard dollar olan TANAP layihəsinin tikintisi zamanı 5 milyard dollaradək vəsaitə qənaət etməklə SOCAR və tərəfdaşları birgə layihənin ümumi xərclərini 40 faiz azaltmağa nail olublar.(AzərTAc)


Oxunma sayı: 815

Oxşar yazılar