Elektron ərizələrini təsdiq etməyən abituriyentlərin nəzərinə

  • 15:45 - 30 İyul

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) Avropa.info-ya verilən məlumata görə, I qrup üzrə 15 101, II qrup üzrə 10 166, III qrup üzrə 17 465, IV qrup üzrə 4 082 abituriyent olmaqla ümumilikdə 46 814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib. V ixtisas qrupu üzrə isə qabiliyyət imtahanları davam edir və hələlik 5 044 abituriyent imtahanlardan məqbul qiymət alaraq ixtisas seçiminə buraxılıb. Həmçinin 14 615 subbakalavr ali təhsil müəssiələrinə qəbul olmaq üçün qeydiyyatdan keçib.

30 iyul saat 14:30-a olan məlumata əsasən I-IV ixtisas qrupları üzrə 29 040, V ixtisas qrupu üzrə 4 006 olmaqla ümumilikdə 33 046 elektron ərizə (o cümlədən 6130 subbakalavr ərizəsi) təsdiq olunub. 6 880 elektron ərizə isə yadda saxlanılsa da hələlik təsdiq edilməyib.

İxtisas seçiminin sonuna 7 gün vaxt qalıb və 6 avqust saat 23:59-dək davam edəcək.

DİM abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.


Oxunma sayı: 11947

Oxşar yazılar