Aztəminatlı ailədən olan 250 nəfərə pulsuz müayinə və müalicə – Foto

  • 15:29 - 30 İyul

İyulun 29-da Bakı şəhərində "SAF Həyat Naminə" Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə"Qəsəbə və kəndlərdə aztəminatlı ailələrdə yaşayan, göz xəstəliklərdən əziyyət çəkən insanların pulsuz müayinə və müalicəsini təşkil etmək üçün səyyar xidmətin təşkili" adlı layihə üzrə yekun tədbir - dəyirmi masa  keçirilib.

Birlikdən Avropa.info-ya verilən məlumata görə, dəyirmi masada layihənin icrası ilə bağlı yekun mərhələ və nəticələr ətraflı müzakikrə olunub. 

Layihə rəhbəri Dinara xanım yekun nəticələr haqqında məlumat verərkən qeyd edib ki, layihənin icrası müddətində 3 rayon üzrə (Saatli, Sabirabad, Bilasuvar) göz xəstəliklərindən əziyyət çəkən 250 nəfər aztəminatlı ailələrdən olan insana (uşaqlar, yaşlılar) müayinə və müalicə səyyar xidmətlər təşkil olunub, həmçinin ehtiyacı olan şəxslər optik eynəklərlə də təmin olunublar. O da qeyd olundu ki, göstərilən təmənnasız xidmətlər oftalmoloq- həkimlər tərəfindən həyata keçirilib.

Dəyirmi masa ətrafındakı müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının şura üzvü və katibi Nərgiz Xələf, QHT rəhbərləri, Bələdiyyə üzvləri, məktəb və peşə təhsili müəssisələrinin əməkdaşları, könüllü gənclər , KİV nünayəndələri iştirak ediblər. 

Dəyirmi masa iştirakçıları layihənin önəmini və aztəminatlı ailələrə göstərilən bu aksiyanı təqdir ediblər. Çıxış edənlər belə önəmli və faydalı layihələrin davamlı olmasını xüsusilə qeyd ediblər.


Oxunma sayı: 10924

Oxşar yazılar