Bakıda əməliyyat: “Kalaşnikov” gəzdirən şəxs saxlanıldı – Foto

  • 30 İyl - 2019

Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları silahlı və narkotik vasitələr satan şəxslərə qarşı əməliyyat keçirib.

DİN-dən Avropa.info-a verilən məlumata görə, daxil olan məlumat əsasında Yasamal rayon sakini Firuz Kərimov Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb. Onun idarə etdiyi VAZ 2121 markalı avtomobilin yük yerinə baxış zamanı 1 ədəd “Kalaşnikov” tipli avtomat silah, həmin silaha məxsus 1 ədəd daraq və 30 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində isə paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlanılıb. Onun Abşeron rayonu, Quşçuluq massivində yerləşən evinə baxış zamanı satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi 980 qram narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma zamanı onun Bakı şəhəri və Abşeron rayonunda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyən edilib.

Biləsuvar rayon sakini Qadir Qarayev də paytaxt ərazisində tutulub. Onun idarə etdiyi QAZ 2411 markalı avtomobilə baxış zamanı 1 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxs heroini yaşadığı rayondan istintaqa məlum olmayan mənbədən əldə etdiyini və satmaq məqsədi ilə Bakı şəhərinə gətirən zaman polislər tərəfindən saxlanıldığını qeyd edib.

Qeyd edilən hər 3 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Oxunma sayı: 914

Oxşar yazılar