Qaradağda 45 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

  • 30 İyl - 2019

Qaradağ rayonunun Qobustan qəsəbəsində döyülmə hadisəsi olub.

"Report" xəbər verir ki, 45 yaşlı Azad Myaktiyev tanıdığı şəxs tərəfindən döyülüb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Dediyinə görə, onu baş nahiyəsindən küt alətlə vurublar. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 848

Oxşar yazılar