Oğuzda narkotik becərən iki dost saxlanılıb

  • 29 İyl - 2019

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, əkini ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avropa.info-ya bildiriblər ki, iyulun 29-da polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kəndindəki meşəlik ərazidə xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 21 ədəd narkotik tərkibli çətənə kolu və 310 qram qurudulmuş marixuana aşkarlanıb. Keçirilmiş tədbirlərin davamı olaraq həmin çətənə kollarını becərən şəxslərin iki dost - Xocalı rayonunun Cəmilli kənd sakini, əvvəllər məhkum olunmuş 48 yaşlı Tofiq Cavadov və Oğuz rayon sakini 45 yaşlı Firuz Mehdiyev olduğu müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. İfadələrində həmin narkotik tərkibli bitkiləri şəxsi istifadələri üçün becərdiklərini bildiriblər.

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.


Oxunma sayı: 727

Oxşar yazılar