DSX: Dövlət sərhədində döyüş mövqelərimiz və hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub

  • 11:10 - 28 İyul

Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sər­həd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam edir. 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Avropa.info-ya verilən məlumata görə, 28 iyul tarixində saat 09:00-dan etibarən bir neçə istiqamətdən döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən snayperləri tərəfindən atəşə tutulub.

Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.


Oxunma sayı: 6689

Oxşar yazılar