Azərbaycana bu ölkədən gələn turistlərin sayı daha da artacaq

  • 12:37 - 26 İyul

Azərbaycana Çindən gələn turistlərin sayı daha da da artacaq.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov "Küçə sənətçiləri" adlı layihəsinin təqdimatında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Çin arasında imzalanmış memoranduma əsasən, ölkəyə gələn Çin turistlərin sayında artım baş verəcək.

Artıq Azərbaycana gələn çinli turistlərin sayında artımın müşahidə olunduğunu deyən R.Bağırov bildirib ki, son 2-3 ildə Azərbaycana, o cümlədən Bakıya çox sayda turist gəlir. Onun sözlərinə görə, ötən illə müqayisədə bu il Azərbaycana gələn turistlərin sayı 6,5 faiz artım var:

"Statistikada hər ay və hər il turistlərin sayında artım var. Gələn turistlərin məqsədləri fərqli olur. Onların bəziləri gəzmək, bəziləri qastronom, bəziləri müalicə məqsədi ilə gəlir. Dövlət Turizm Agentliyi turistlərin daha çox gəlməsi üçün imkanlar yaradır".


Oxunma sayı: 5919

Oxşar yazılar