Prezidentin korrupsiyaya görə vəzifədən azad etdiyi general Müdafiə Nazirliyinə qarşı böhtan ruporu rolunda ...

  • 11:37 - 26 İyul

Azərbaycanın müdafiə naziri Zakir Həsənov müsahibələrindən birində Silahlı Qüvvələrə qarşı aparılan qaralama kompaniyasında təkcə düşmənin deyil, qeyri-stabil daxili elementlərin, o cümlədən vaxtı ilə müəyyən neqativ səbəblərdən ordudan kənarlaşdırılan şəxslərin də olduğunu bildirmişdi.

Avropa.info xəbər verir ki, son günlər sosial şəbəkələrdə və psevdomüxalifət KİV-lərində sahə üzrə tənqidçi rupor kimi aktivləşən belə bir "oyunçulardan" biri Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ilin avqustunda vəzifədən azad etdiyi Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının keçmiş rəisi, general-mayor Fəxrəddin Cəbrayılovdur.  

Əlbəttə, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ilin avqustunda Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi, general-mayor Fəxrəddin Cəbrayılovu fəaliyyətindəki ciddi nöqsanlara görə vəzifədən azad etməsi faktı olmasaydı,  zabit şərəfi anlamına dəyər verməyən bu adamın təxlisdən sonrakı manevrlərini qocalıq marazmı saymaq olardı. 

Fəxrəddin Cəbrayılov 2015-ci ildə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin yoxlamalarından sonra korrupsiyaya görə işdən azad edilmişdi. Ortada ciddi korrupsiya faktları vardı. Lakin, həmin dövrdə  Cəbrayılovun adı KİV-də o qədər də hallandırılmadı. 

Fəxrəddin Cəbrayılovun buna bənzər eyni "fəaliyyətini", 1996-cı ildən rəhbərlik etdiyi Qaradağ Hərbi Komissarlığında da qurmuşdu. Həqiqi hərbi çağırışdan möhlət və azad edilmə üzrə geniş biznes quran Cəbrayılov , yanıq qohusu gələn kimi işçilərini güdaza verərək bataqlıqdan quru və təmiz çıxmağa müvəffəq olmuşdu. 

Bundan sonra isə acgöz general KİV-lərdə səs-küyə səbəb olan mənzilin adına rəsmiləşdirilməsi qalmaqalı ilə yadda qaldı. Maliyyə Nazirliyini Bakı İnzibati İqtisad Məhkəməsinə verən Fəxrəddin Cəbrayılovun zabit şərəfi anlamına sığmayan işi, hansısa qərardan sonra verilən apelyasiyanın baxılması mərhələsində cəmiyyət tərəfindən unudulmağa başladı. Xatırladaq ki, sözügedən məhkəmədə 3-cü şəxs qismində Müdafiə Nazirliyinin nümayəndəsidə iştirak edirdi...

Bütün yuxarıda hallandırdığımız faktlara baxmayaraq Fəxrəddin Cəbrayılov  bağışlandı.

Bu da nəticə - 2015-ci ilin avqust ayına qədər SQ tərkib hissəsi, onun sıralarında mühüm vəzifəyə sahib olan Cəbrayılov ordumuza və onun komandanlığına qarşı başladığı çirkin qaralama və iftira kompaniyası aparır.

2016-ci ilin parlaq aprel və Günnüt zəfərlərini, Azərbaycan əsgərinə göstərilən o sonsuz qayğını, SQ aparılan innovativ islahatları görməzdən gələn acgöz generalın son həmləsinin səbəbi - bu günə qədər həzm edə bilmədiyi karyerasının biyabırçı finalıdır ki, onunda günahı məhz öz fəaliyyətinin nəticəsidir.

Düşmənin bizim uğurlarımızı həzm etmədiyini bilirik, bəz generalın dərdi nədir !?

Avropa.info


Oxunma sayı: 27193

Oxşar yazılar