Azərbaycan hərbi təyyarənin qəzasından sonra təlim uçuşlarını dayandırdı

  • 11:28 - 26 İyul

Azərbaycan Hərbi-Hava Qüvvələri MiQ-29 təyyarəsinin qəzaya uğramasından sonra təlim-məşq uçuşlarını dayandırıb.

Virtualaz.org xəbər verir ki, bu barədə RİA “Novosti”yə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Müdafiə Nazirliyi cümə axşamı günü məlumat yaymışdı ki, hərbi təyyarə təlim uçuşu zamanı radarlardan itib və güman ki, Xəzər dənizinə düşüb. Pilotun axtarışları aparılır.

“Azərbaycan HHQ-nin MiQ-29 təyyarəsinin qəzası ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyinin göstərişi ilə Azərbaycan ordusunun bütün aviasiya vasitələrinin təlim-məşq uçuşları dayandırılıb. MiQ-29-un qəzaya uğramasının səbəbləri aydınlaşdırılana qədər Azərbaycan HHQ-nin aviasiya vasitələrinin bütün uçuşları müvəqqəti dayandırılıb. Eyni zamanda, hərbi növbətçilik plana uyğun şəkildə həyata keçirilir”, - hərbi qurumdan agentliyə bildirilib.


Oxunma sayı: 7184

Oxşar yazılar