Traktor 2500 evi qazsız qoydu – Foto

  • 17:42 - 25 İyul

Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi aşkarlanıb.

Bu barədə Avropa.info-ya "Azəriqaz"ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də saat 13.10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb.

Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. Qeydə alınan hadisə aktlaşdırılıb. 85 abonentin qaz təchizatı dayandırılıb.

 


Oxunma sayı: 7525

Oxşar yazılar