Son dəqiqə : Türkiyədə bank faizləri fantastik səviyyədə endirildi, dolların qiyməti sürətlə düşür

  • 15:23 - 25 İyul

Türkiyə Mərkəzi  Bankı bank faizlərinin 24-dən 19, 75 -ə endirilməsinə qərar verib. 

Avropa.info xəbər verir ki, qərarı Mərkəzi Bankın pul siyasəti komissiyası açıqlayıb. 

Yayılan açıqlamada prosesin davam etdiriləcəyi və infilyasiyanın minumuma endiriləcəyi qeyd olunub. 

Qərardan dərhal sonra, dolların türk lirəsinə nisbətdə eniş yaşadığı müşahidə olunub. İstanbul bazarlarında günə 5,7140 səviyyəsində başlayan dollar Mərkəzi Bankın qərarından sonra 5,65 səviyyəsinə enib. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son illər davamlı olaraq bank faizlərinin çoxluğunu sərt şəkildə tənqid edirdi. Bank faizlərinin endirilməsinin zərüriliyindən danışan Ərdoğan, son olaraq Mərkəzi Bankın sədrini vəzifəsindən azad etmişdi. Qərb dövlətləri və yerli müxalifət isə Ərdoğanın bank faizlərinin endirilməsi təklifinə sərt təpki göstərirdilər. 

Avropa.info 


Oxunma sayı: 21066

Oxşar yazılar