Azərbaycan Türkiyə vətəndaşlarına viza rejimini ləğv etdi: "Bir millət iki dövlətə yaraşan budur" (Foto)

  • 14:03 - 25 İyul

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Türkiyə vətəndaşlarına viza rejimini 1 sentyabrdan etibarən qaldıracağını açıqlayıb. 

Avropa.info xəbər verir ki, Çavuşoğlu bu haqda Tvitter hesabından məlumat yayıb. 

"Cənab İlham Əliyev cənab Prezidentimiz Ərdoğana keçən həftə Azərbaycan Türkiyə vətəndaşlarına 1 sentyabrdan etibarən vizanı qaldıracağını bildirib. "Bir millət iki dövlətə yaraşan budur"- Çavuşoğlu tvitterdə belə yazıb.

Çavuşoğlu paylaşımda  Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim ilə çəkilmiş fotosunu və Azərbaycan Xarici İşlər Nazirliyindən Türkiyə Xarici İşlər Nazirliyinə göndərilən məktubu da yayıb.

Məktubda Azərbaycanın 1 sentyabrdan etibarən Türkiyə vətəndaşlarına viza rejimini aradan qaldırdığı bildirilir. 

Resmi Twitter'da görüntüle
Resmi Twitter'da görüntüle

681

13:15 - 25 Tem 2019

Twitter Reklamları'na ilişkin bilgiler ve gizlilik

 


Oxunma sayı: 17183

Oxşar yazılar