3 rayonda qaz olmayacaq

  • 10:53 - 25 İyul

Bu gün səhər saat 09.00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb. 

Bu barədə Avropa.info-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. 

Bildirilib ki, bundan başqa, daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır. Belə ki, Bərdə rayonunda saat 14.00-dan işlər tamamlanana qədər 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13.30-dan 15.30-dək 5 kənddə qaz təchizatı dayandırılacaq. 


Oxunma sayı: 11287

Oxşar yazılar