Azərbaycanın dövlət poçt operatoru yeni debit kartlarının emissiyasına başlayıb

  • 19:10 - 24 İyul

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC real rejimdə “Debit MasterCard Contactless” funksiyalı kartların emissiyasına start verib.

Avropa.info-nun MMC-yə istinadən verdiyi məlumata görə, təmassız əməliyyatları dəstəkləyən bu kartlar vasitəsilə ölkədaxili əməliyyatlar həyata keçirilir. Belə ki, müştəri ödəniş zamanı kartı POS-terminala daxil etmədən və PİN kodu yığmadan, sadəcə terminala yaxınlaşdırmaqla məsafədən ödəniş edə bilir.

Kartı əldə etmək üçün şəxsiyyəti təsdiq edən sənədlə “Azərpoçt” MMC-nin Müştəri xidmətləri şöbəsinə müraciət etmək tələb olunur.

Qeyd edək ki, növbəti mərhələdə “Platinum”, “Gold” və “Standard” kartların yeni dizaynda və “contactless” funksiyası ilə emissiyası nəzərdə tutulur.


Oxunma sayı: 11001

Oxşar yazılar