Dubay şeyxi ölkədən qaçan arvadı şahzadə Haya ilə Londonda gizlincə boşandı : Haya əl-Məktuma ingilis mühafizəçisi ilə xəyanət edirmiş iddiası (Fotolar)

  • 24 İyl - 2019

Dubay şeyxi Məhəmməd əl Məktumun altıncı arvadı şahzadə Haya əl Hüseynin qaçması hadisəsi dünyanı şoka salmışdı. 

Avropa.info xəbər verir ki, bundan öncə əl Maktumun qızı şahzadə Lətifə də ölkədən qaçmağa çalışmış, lakin yaxalanmışdı. İddialara görə, Haya əl Hüseyn bir alman diplomatın köməyi ilə ölkədən qaçıb. 

Şeyhin karısı kaçmıştı! Gündeme bomba gibi düştü

Bu arada şeyx Məhəmməs əl Məktumla ölkədən qaçmış arvadı şahzadə Hayanın boşanması ilə bağlı məhkəmənin ikinci iclasının 30-31 iyul tarixində London məhkəməsində keçiriləcəyi açıqlanmışdı. Lakin əl Məktumla Hayanın iyulun 20-də London Ailə Məhkəməsində keçirilən gizli məhkəmə iclası ilə boşandıqları haqda məlumatlar yayılıb. İddiya görə, məhkəmədə aliment məsələləri də öz həllini tapıb. Məlumata görə, şahzadə Haya uşaqlarını Dubaya göndərməyə razılıq verib.

Şeyhin karısı kaçmıştı! Gündeme bomba gibi düştü

Şahzadə Hayanın Rassel Flovers adlı bir mühafizəçiyə aşiq olduğu və onunla evlənmək istədiyi bildirilir. 

Əl-Məktum və şahzadə Haya tərəfindən yayılan açıqlamada məhkəmənin qalan proseslərində uşaqlarının gələcəyini maraqlandıran məsələlərin müzakirə ediləcəyi, boşanma və aliment əməliyyatlarının başa çatdığı bildirilib. Bəyanatda həmçinin, son məhkəmə iclasının uşaqların vilayətinin kimdə olacağına yönəlik qərarlar veriləcəyi ifadə edilib. Əl -Məktum və şahzadə Hayanın 11 yaşında Calila adlı bir qızı və 7 yaşlı Zayed adlı bir oğlu var.

Şeyhin karısı kaçmıştı! Gündeme bomba gibi düştü

Bu arada şahzadə Hayanın Londondakı həyatı haqqında yeni məlumatlar verilib. Məlumatlara görə, İngiltərədə oxuyan şahzadə Haya, təhsil müddəti ərzində son dərəcə azad bir həyat yaşayıb. 

İngilis əsilli mühafizəçisi ilə əlaqəsi olduğu bildirilən Haya, əlaqəsi ortaya çıxandan sonra həyat yoldaşı Əl-Məktumu Afrikalı cinayət ortaqları ilə saxta qızıl alveri kimi məsələlərlə şantaj edərək ondan pul qoparmağa çalışıb. Şahzadə Hayanın mühafizəçisi ilə evlənməyi düşündüyünü, lakin artıq keçmiş əri olan əl -Məktumdan pul ala bilmədiyi üçün çətinliyə düşdüyü bildirilir. 

Şeyhin karısı kaçmıştı! Gündeme bomba gibi düştü

Şahzadə Hayanın qardaşı İordaniya kralı Abdullah da bacısının əməllərindən xəbərdar olduğu və İordaniyalı qohumlarının şahzadə Hayaya keçmiş ərindən rahat həyat sürə biləcəyi qədər pul tələb etməsi haqda məsləhətlər verdikləri qeyd olunur. 

Şahzadə Hayanın Londonda 85 milyon sterlinliq qiyməti olan evdə sevgilisi ilə yaşadığı və bu evi 2017-ci ildə Hindistanlı milyoner Lakshmi Mittaldan satın aldığı bildirilir. 

Londonda yaşayan şahzadənin illərdir İngiltərənin kral ailəsi ilə yaxın münasibətlərinin olduğu və müntəzəm olaraq şahzadə Çarlz və şahzadə Camilla Parker ilə görüşdüyü qeyd edilir.

Avropa.info

Şeyhin karısı kaçmıştı! Gündeme bomba gibi düştü
Şeyhin karısı kaçmıştı! Gündeme bomba gibi düştü
Şeyhin karısı kaçmıştı! Gündeme bomba gibi düştü

Oxunma sayı: 8746

Oxşar yazılar