Şimali Koreya Rusiya gəmisini saxladı: Gəminin ekipajı ərzaqsız və susuz qalıb – Səfir hadisə yerində
- 12:32 - 24 İyul
Şimali Koreya 17 ekipaj üzvü ilə birlikdə Rusiyaya məxsus "Syanxaylin-8" balıqçı gəmisini saxlayıb.
Avropa.info xəbər verir ki, "Kommersant"a danışan Şimal-şərq Balıqşılıq şirkətinin rəis müavini Sergey Şedlerin açıqlamasına görə, Şimali Koreya içərisində ikisi Cənubi Koreyalı, 15 nəfər rus olmaqla 17 ekipaj üzvü olan gəmini saxlayıb. Gəmi Şimali Koreyadakı Vonsan limanına aparılıb.
Gəmi saxlanılarkən xərçəng ovlamaq üçün Cənubi Koreyadan Yapon dənizinə doğru hərəkət edirmiş və Şimali Koreya ərazisindən 55 dəniz mili (101.86 km) məsafədə olub.
Sedlerin sözlərinə görə, tutulandan sonra dənizçilərlə əlaqə saxlanıla bilməyib, Rusiyanın Pxenyandakı səfiri isə gəmi ilə yalnız dünən əlaqə yarada bilib. Dənizçilərin saxlanıldıqdan sonra gəmini tərk etməsinə icazə verilmir. Kapitan, kapitan köməkçisi və iki Cənubi Koreyalı mütəxəssis də bir oteldə saxlanılır.
Dənizçilərin saxlanılma şəraitinə toxunan Sedler deyib k, göyərtədə heç bir ventilyasiya yoxdur və buna görə hava 30-35 dərəcədir: "Hər gün bir dindirilmə gedir və göyərtədəki su və ərzağın tükənməsi ilə əlaqədar narahatlıqlar var".
Nə şirkətin, nə də Rusiya səfirliyinin məhkəmə prosesinin nə vaxt başlayacağına dair məlumatları yoxdur.
Rusiyanın Şimali Koreyadakı səfirliyi Facebook səhifəsindəki yaydığı məlumata görə, bazar ertəsi səfirliyin işçiləri gəmidə kapitan, köməkçi və dənizçilərlə görüşüb. Gəminin bütün heyətinin sağlamlıq vəziyyətlərinin normal olduğu qeyd edilib.