İraq səfiri BDU-da olub – Foto

  • 11:34 - 24 İyul

İraqın Azərbaycandakı səfiri Fədhi Avad Cebur əş-Şuvayli Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən Avropa.info-ya verilən məlumata görə, rektor Elçin Babayev Bakı Dövlət Universiteti, onun inkişaf strategiyası və gələcək planları barədə danışıb. Şərqşünaslıq fakültəsində ərəb dili və ədəbiyyatının tədrisi barədə məlumat verən rektor qarşılıqlı əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Səfir Fadhi Avad Cebur əş-Şuvayli İraq universitetləri ilə əlaqələrin genişlənəcəyinə və Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan iraqlı tələbələrin sayının daha da artacağına ümidvar olduğunu bildirib.

Görüşdə ölkələrarası münasibətlər, elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrindən danışılıb, müəllim-tələbə mübadiləsi, birgə konfranslar və simpoziumların keçirilməsi kimi məsələlər müzakirə edilib.


Oxunma sayı: 7305

Oxşar yazılar