“Neftçi”nin reysi gecikdi, başqa təyyarə ayrıldı

  • 11:17 - 24 İyul

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva üzrə hərəkəti gecikəcən aviareysi saat 11:30-da Bakıdan Moskvaya yola salınacaq.   

Bu barədə Avropa.info-ya AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, Bakıdan Moskvaya 06:50-də olan reys texniki problemlər səbəbindən gecikib. “Reys üzrə uçuşun həyata keçirilməsi üçün AZAL tərəfindən başqa təyyarə ayrılıb və hava gəmisi saat 11:30-da Bakıdan Moskvaya yola salınacaq”.   

Qeyd edək ki, həmin təyyarənin sərnişinləri arasında "Neftçi" klubunun futbolçuları və rəhbər heyəti də olub.


Oxunma sayı: 4423

Oxşar yazılar