Ruhani: “Hörmüz boğazında gəmilərin hərəkəti üçün heç bir məhdudiyyət qoyulmayacaq”

  • 10:34 - 24 İyul

Hörmüz boğazında gəmilərin gediş-gəlişi üçün heç bir məhdudiyyət qoyulmayacaq.

Avropa.info APA-ya istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Tehranda səfərdə olan İraq nümayəndə heyəti ilə görüşdə deyib. 

Qeyd edək ki, ötən ay İran gəmisi Britaniya tərəfindən Cəbəllütariqdə saxlanılıb. Bundan sonra İran Britaniyaya məxsus iki gəmini saxlayıb. Bu, Fars Körfəzində gərginliyin artmasına səbəb olub.


Oxunma sayı: 5435

Oxşar yazılar