Türkiyədə avtomobil qəzası: 3 azərbaycanlı yaralandı

  • 17:18 - 23 İyul

Türkiyənin Ardahan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Avropa.info Trend-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ardahan-Qars yolunda baş vermiş qəza nəticəsində 8 nəfər yaralanıb. Yaralananlardan 3 nəfərin Azərbaycan vətəndaşı, 5 nəfərin isə Türkiyə vətəndaşı olduğu bildirilir.

Yaralananlar Anaverdi Bağırova, Sevda Bağırova və Asiya Bağırovanın hazırda səhhətləri normal qiymətləndirilir.


Oxunma sayı: 5556

Oxşar yazılar