BDU Mətbuat xidməti yenə fərqləndi – Foto

  • 15:39 - 23 İyul

Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova "Azərbaycan Universitetləri" facebook səhifəsinin keçirdiyi sorğunun qalibi olub. 

Avropa.info xəbər verir ki, Milli Mətbuat günü ərəfəsində keçirilən sorğuda 2018/2019-cu tədris ilində ali təhsil müəssisələrinin mətbuat xidmətləri arasında məlumatların say baxımından ən çox, keyfiyyət baxımından ən yaxşı, operativliyinə görə ən çevik jurnalisti adına layiq görülən Pərvanə İbrahimova həmin səhifənin keçirdiyi sorğuda ikinci dəfə "Ən yaxşı mətbuat katibi" seçilib.

"Azərbaycan Universitetləri" səhifəsinin rəhbəri Zöhrab Süleyman diplomu P.İbrahimovaya təqdim edib.

BDU Mətbuat və informasiya şöbəsinin müdiri, öz növbəsində, Z.Süleymana və seçimdə iştirak edən səhifə üzvlərinə təşəkkür edib.


Oxunma sayı: 8361

Oxşar yazılar