Osmanlı paşasının nəvəsi İngiltərənin yeni baş naziri oldu : Əli Kamal paşa və Boris Conson

  • 15:18 - 23 İyul

İngiltərədə Mühafizəkarlar Partiyanın yeni sədri Boris Conson olub. 

Avropa.info xəbər verir ki, Conson bu nəticə ilə birlikdə İngiltərənin yeni baş naziri seçilib. 

Keçmiş Xarici İşlər naziri Boris Conson seçkilərdə hazırda İngiltərə Xarici İşlər naziri vəzifəsini icra edən Ceremi Hunt ilə yarışırdı. Partiya daxilindəki seçkini qazanan Conson həm partiya lideri, həm də baş nazir oldu. 

Boris Consonun Türkiyə ilə də bağları var. "Osmanlı nəvəsi" olaraq tanınan Conson Osmanlı dövlətində Fərid paşa hökumətinin Daxili İşlər və Təhsil naziri vəzifəsində çalışan Əli Kamal paşanın nəvəsi Stenley Consonun oğludur. 

Boris Consonun babası Əli Kamal paşa 1922-ci İzmirdə bir qrup əsgər tərəfindən linc edilərək öldürülüb.


Oxunma sayı: 13091

Oxşar yazılar